Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

2019-cu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili

Hesabat dövrü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nətiicəsində ümumilikdə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır. Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlər respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri olmuşdur. Belə ki, ötən il ərzində respublika ərazisində 1870 YNH-i qeydə alınmış, nəticədə 821 nəfər həlak olmuş, 1702 nəfər yaralanmışdır. 2018-ci illə müqayisədə YNH-nin sayı 53 fakt (2.9 %), həlak olanların sayı 99 nəfər (13.7 %) artmış, yaralananların sayı isə 9 nəfər (0.5 %) azalmışdır.

Yol-nəqliyyat hadisələrinin statistikası

DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının xidmət ərazisində (Respublika əhəmiyyətli yollarda) hesabat dövründə 196 YNH-i qeydə alınmış, nəticədə 235 nəfər həlak olmuş, 53 nəfər yaralanmışdır. 2018-ci illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 65 fakt (49.6 %), həlak olanların sayı 81 nəfər (52.6 %), yaralananların sayı isə 14 nəfər (35.9 %) artmışdır.

Bakı şəhəri ərazisində 569 YNH-i qeydə alınmış, bunların nəticəsində 186 nəfər həlak olmuş, 518 nəfər yaralanmışdır. 2018-ci illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 50 fakt (8.1 %), həlak olanların sayı 26 nəfər (12.3 %), yaralananların sayı isə 11 nəfər (2.1 %) azalmışdır.

 

Yol-nəqliyyat hadisələrində ölənlərin statistikası

Respublika üzrə qeydə alınmış YNH-nin 25.7 %-i (480) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 42 %-i (785) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9.9 %-i (185) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,2 %-i (22) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 43,6%-ni (816) piyadaların vurulması təşkil etmiş, nəticədə 329 piyada həlak olmuş, 527-i yaralanmışdır. 71 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 57 nəfər uşaq və yeniyetmə həlak olmuş, 170 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 821 nəfərdən 637-ni kişilər, 184-nü qadınlar, xəsarət almış 1702 nəfərdən isə 1240-nı kişilər, 462-ni qadinlar təşkil etmişlər.

 

Yol-nəqliyyat hadisələrində xəsarət alanların statistikası

  • 2019-cu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili
generated 0.046086072921753 seconds