Məlumatlar 16 sentyabr 2014-cü il

14 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonu ərazisində 6 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Texniki baxışdan keçirilmə müddəti

Hüquqi və fiziki şəxslərə məxsus (Azərbaycan Respublikası Silahlı Quvvələrindən və digər birləşmələrdən başqa), respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış keçirilir;

* “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

* Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan  01 avqusta qədər;

* Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər. 

Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt miqdаrındа, vəzifəli şəхslər 100 mаnаt miqdаrındа, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər. Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.