Məlumatlar 07 oktyabr 2014-cü il

07 oktyabr 2014-cü il tarixdə Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

2009-cu il ərzində hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər barədə

18 yanvar 2010-cu il

Yol hərəkətinin sosial, hüquqi, texniki və digər cəhətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyi hüquq institutunun təkmilləşdirilməsi və inkişaf  etdirilməsi, eləcə də mövcud qanunvericilik massivinin harmonikləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

Yol-nəqliyyat hadisələrinin profilaktikası,hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi və nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi sahəsində ötən ildə qeyri-qənaətbəxş vəziyyət müşahidə olunan rayon polis orqanlarına işin təşkilində əməli köməklik göstərilmiş,baş idarənin əməkdaşları cəlb edilməklə həftənin şənbə,bazar və bayram günləri də daxil olmaqla sürət həddinin aşılması,nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, ötmə və yolayrıclarını keçmə,habelə sərnişindaşıma qaydalarının pozulması kimi kobud qayda pozuntularına qarşı məqsədyönlü reydlər keçirilmişdir.

2009-cu il ərzində yol hərəkətinə nəzarət prossesində DYP əməkdaşları 884 minədən artıq YHQ pozuntusu,o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20319, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 138435,ötmə qaydalarının pozulması üzrə 13042, sərnişin daşıma qaydalarının pozulması üzrə 5520,avtoxuliqanlığa görə 610, ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsinə görə 5982 fakt aşkar etmişlər.YHQ pozuntusuna görə 105 mindən artıq sürücü yerində cərimə olunmuş,3062 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

Respublika əhəmiyyətli avtomobil yollarında yaz-yay müayinəsi aparılaraq yollarda çatışmayan yol nişanları, yolun hərəkət hissəsinin və yol çiyninin örtüyünün vəziyyəti,yol qurğularının standartlara uyğunluğunun nəticələri barədə aktlar tərtib olunmuş və mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün aktların surəti Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinə göndərilmişdir.

2009-cu il ərzində «Siqnal» İLİ tərəfindən 20 yolayrıcının svetoforla tənzimlənməsi üçün quraşdırma işləri aparılmış,3374 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 2 milyon pm cizgilənmə işi  aparılmışdır.

Yol hərəkətinin təhlükəsizliyinin təbliği məqsədilə BDYPİ-nin «Speys» TV ilə birgə layihə çərçivəsində «Siqnal» adlı yeni proqram təşkil olunmuş, hərəkət iştirakçıları tərəfindən Yol hərəkəti qaydalarının pozulması, xüsusən də sürət rejimininə əməl edilməməsi kimi problemlərdən bəhs edən 48 veriliş  hazırlanaraq tamaşaçılara təqdim olunmuşdur. Bununla yanaşı «İctimai» TV-nin «Təhlükəsiz yol» verilişində 28, «ANS» radio kanalının «Svetofor» verilişində 20 dəfə çxış təşkil olunaraq dinləyicilərin sualları cavablandırılmışdır.

Bütövlükdə il ərzində respublikanın dövlət və müstəqil telekanallarında 80-a yaxın veriliş və süjetlər hazırlanıb efirə verilmiş, radio kanallarında 35 dəfə çıxış edilmiş, qəzetlərdə mütəmadi olaraq müxtəlif mövzularda 30-a yaxın məqalə çap olunmuşdur.

Bundan əlavə il hərəkətin təhlükəsizliyinin təmin olunması mövzularında, o cümlədən YNH-nin baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair 25 animasiya hazırlanaraq dövlət və müstəqil televiziya kanallarında yayımlanmışdır.

AzTV-nin «Xəbərlər» proqramında Bakı şəhərinin yol ayrıclarında quraşdırılmış müşahidə kameralardan istifadə olunmaqla mövcud hərəkət sıxlıqları, qeydə alınmış YNH-ləri barədə əhaliyə gündəlik olaraq məlumatların verilməsi davam etdirilmiş və qayda pozuntuları üzrə müvafiq tədbirlər görülmüşdür.
Uşaq yol-nəqliyyat travmatizminin profilaktikası tədbirləri xüsusi diqqət mərkəzində saxlanılmış, Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında bu mövzuda rəsm müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliynin təşəbbüsü ilə cari ilin may ayının 26-dan iyun ayının 3-nə kimi Şərqi-Qazaxıstan vilayətinin Üst-Kamenqorsk şəhərində keçirilən Gənc Hərəkət İnspektorları dəstələrinin dövlətlərarası yığıncağında 10 nəfər məktəbli şagirddən  ibarət Azərbaycan komandası iştirak etmiş və 16 komanda arasında uğurla çıxış edərək 3-cü yerə layiq görülmüşlər.

Sentyabr ayının 10-dan «Diqqət uşaqlar» devizi altında təhlükəsizlik aylığının keçirilməsinə başlanmış və aylıqla bağlı müvafiq tədbirlərin keçirilməsi barədə DİN-in göstərişi hazırlanaraq yerlərə göndərilmişdir.

Baş idarənin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin aprel ayının 15-dən may ayının 15-dək Bakı və Sumqayıt şəhərlərinin 35 avtonəqliyyat müəssisəsində keçirilmiş yoxlamalar zamanı 119, xəttdə yoxlamalar zamanı 1248 avtomobilin işlənmiş qazlarında zərərli maddələrin miqdarının artıq olduğu müəyyən edilmiş, nəticəsi üzrə ANM-nə 7500 manat məbləğində cərimə tətbiq edilmiş, nəqliyyat vasitələrinin sürücüləri isə müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilmişlər.

Baş idarənin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Bakı şəhərinin 32 avtomobil təsərrüfatında aparılan yoxlamalar zamanı 136 avtomobilin mühərrikindən atılan qazlarda zərərli tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşdirilərək, 51 avtomobilin istismarı qadağan edilmişdir.

Avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmişdir. Aylıq ərzində  84 iri avtomobil təsərrüfatında və yollarda aparılan yoxlamalar zamanı 4204 avtomobilin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir.
Ümumiyyətlə 2009-cu il ərzində aparılan yoxlamalar nəticəsində 10774-dək avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq iinzibati tədbirlər görülmüşdür.

Baş İdarənin əməkdaşları tərəfindən 2009-cu il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 75000 avtomobil ilkin qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 20 ədəd Kalaşnikov avtomatı, 8 ədəd müxtəlif tip tapança, 8 ədəd ov tüfəngi, 11 ədəd əl qumbarası, 1 ədəd pulemyot, 5158 ədəd müxtəlif kalibrli patron və s. aşkar  edilərək  istintaq  orqanlarına təhvil  verilmişdir.

Hesabat dövründə axtarışda olan 20 şəxs (o cümlədən 8 nəfər BDYPİ RQİŞ tərəfindən)  yaxalanmışdır.
Ötən il ərzində polisin digər xidmətləri ilə birgə 33 fakt üzrə 83 kq 908 qram narkotik maddə və 77 çətənə kolu aşkar olunmuşdur.
2009-cu il ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 185 məlumat daxil olmuşdur ki, onlardan 175-i (94,5%) açılmışdir. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində vətəndaşlara sürücülük vəsiqələrinin verilməsi və avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 8 nəfər saxlanılaraq təhqiqat orqanlarına təhvil verilmişdir. Bununla yanaşı axtarışda olan 63 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 457 fakt aşkar  olunaraq  materiallar araşdırılması üçün təhqiqat  orqanlarına  göndərilmişdir.


xəbərlərin arxivi