Məlumatlar 22 may 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətlərin bitməsi ilə bağlı Baş DYP İdarəsinin müraciəti

2016-cı ilin 8 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

16 sentyabr 2016-cı il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 490 nəfər həlak olmuş, 1409 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), həlak olanların sayı 93 nəfər (16%), yaralananların sayı 123 nəfər (8%) azalmışdır.

Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 118 nəfər həlak olmuş, 463 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil etmiş, nəticədə 195 piyada həlak olmuş, 394-ü yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər uşaq və yeniyetmə həlak olmuş, 124 nəfər yaralanmışdır.
xəbərlərin arxivi