Məlumatlar 22 may 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətlərin bitməsi ilə bağlı Baş DYP İdarəsinin müraciəti

2016-cı ilin 11 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

12 dekabr 2016-cı il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 695 nəfər həlak olmuş, 1887 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 185 fakt (9,1%), həlak olanların sayı 121 nəfər (14,8%), yaralananların sayı 182 nəfər (8,8%) azalmışdır.

Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 170 nəfər həlak olmuş, 640 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 111 fakt (15,2%), 39 nəfər (18,7%), 138 nəfər (17,7 %) azalmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,5%-i (712 hadisə, 267 ölüm, 772 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,9%-i (425 hadisə, 192 ölüm, 369 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8%-i (238 hadisə, 54 ölüm, 278 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (34 hadisə, 15 ölüm, 32 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 43%-ni (795) piyadaların vurulması təşkil etmiş, nəticədə 283 piyada həlak olmuş, 591-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 49 nəfər uşaq və yeniyetmə həlak olmuş, 181 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 15, yaralananların sayı isə 10 nəfər azalmışdır.

xəbərlərin arxivi