Məlumatlar 22 may 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətlərin bitməsi ilə bağlı Baş DYP İdarəsinin müraciəti

2016-cı il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

28 yanvar 2017-ci il

Azərbaycan respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2016-cı il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab O.Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış, xidməti istifadə üçün yerlərə göndərilmişdir.

Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Ümumilikdə 2016-cı il ərzində yol hərəkətinə nəzarət prosesində 2.861.880 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 12.858, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.429.784, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 147.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 131.663, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 68.998, sərnişin daşıma qaydalarının pozulması üzrə 7.157 fakt aşkar edilmişdir. YHQ pozuntusuna görə 8.111 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. 

Paytaxtda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkət hissəsi dağılmış, qazıntı işləri aparılan küçə və yolların hərəkət üçün normal vəziyyətə gətirilməsi, eləcə də tədbir yerlərinə aparan magistral küçələrdə nəqliyyat sıxlıqlarının azaldılması məqsədilə tikinti təşkilatları tərəfindən hərəkət hissəsi bağlanılmış küçələrin hərəkət üçün müvəqqəti açılması barədə nəqliyyat nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər göndərilmiş, paytaxta daxil olan avtomobillərin parklanması üçün əlavə dayanacaq yerlərinin yaradılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.

Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 2486 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 3736 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.

Ötən il ərzində «Siqnal» İİLİ tərəfindən 30 svetofor obyekti quraşdırılmış, 24.236 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılmışdır.
Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 10.457 avtomobil ilkin qeydiyyata alınmış, 50.308 ilkin sürücülük vəsiqəsi verilmiş, respublikanın avtomobil parkının sayı 1.347.812 təşkil etmişdir.

Ötən il ərzində respublika ərazisində 2006 YNH-i qeydə alınmış, nəticədə 759 nəfər həlak olmuş, 2003 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə YNH-nin sayı 214 fakt  (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 225 YNH-i qeydə alınmış, nəticədə 251 nəfər həlak olmuş, 89 nəfər yaralanmışdır. 2015-cİ illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 32 fakt (12,5%), 38 nəfər (13,1%) və 30 nəfər (25,2 %) azalmışdır.

Bakı şəhəri ərazisində 684 YNH-i qeydə alınmış, bunların nəticəsində 192 nəfər həlak olmuş, 691 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalmışdır.

 Respublika üzrə qeydə alınmış YNH-nin 95,2 %-i (1910) sürücülərin YHQ pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 44 %-ni (882) piyadaların vurulması təşkil etmiş, nəticədə 319 piyada həlak olmuş, 643-ü yaralanmışdır. 59 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 53 nəfər uşaq və yeniyetmə həlak olmuş, 186 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 759 nəfərdən 583-nü kişilər, 176-ni qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil etmişlər.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 7 ədəd avtomat silah («Kalaşnikov» tipli), 2 tapança, 20 ədəd tüfəng, 18 (F1) əl qumbarası, 21 ədəd avtomat sandıqçası, 2.909 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.

Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.                  2016-ci ildə polisin digər xidmətləri ilə birgə 49 fakt üzrə: 47 kiloqramdan çox (o cümlədən 4,5 kq-dan artıq heroin, 23,9 kq-dan artıq tiryək,  18,1 kq-dan artıq marixuana, 720 qr həşiş və 95 ədəd çətənə kolu) narkotik maddə aşkar olunmuşdur.

İl ərzində baş idarəyə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 227-i tapılmışdır.
DİN Baş DYP İdarəsi azərbaycan respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
xəbərlərin arxivi