Məlumatlar 22 may 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətlərin bitməsi ilə bağlı Baş DYP İdarəsinin müraciəti

2017-ci ilin 3 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

18 aprel 2017-ci il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 162 nəfər həlak olmuş, 411 nəfər yaralanmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalmış, həlak olanların sayı 19 nəfər (13,8%) artmış, yaralananların sayı isə 42 nəfər (9,3%) azalmışdır.

Bakı şəhəri ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 44 nəfər həlak olmuş, 134 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalmış, həlak olanlarınsayı 13 nəfər (41,9 %) artmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil etmiş, nəticədə 66 piyada həlak olmuş, 145-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə həlak olmuş, 46 nəfər yaralanmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 2 nəfər azalmış, yaralananların sayı isə 11 nəfər artmışdır.

xəbərlərin arxivi