Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2017-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

25 yanvar 2018-ci il

Azərbaycan respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2017-ci il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti barədə DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir.

Ümumilikdə 2017-ci il ərzində yol hərəkətinə nəzarət prosesində 3.365.417 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9.375, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.765.911, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 140.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 134.854, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 75.296, sərnişin daşıma qaydalarının pozulması üzrə 9.113 fakt aşkar edilmişdir. YHQ pozuntusuna görə 10.996 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 20 mindən çox nəqliyyat vasitəsi yoxlanılmış, 2755 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 3967 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.

Ötən il ərzində «Siqnal» İİLİ tərəfindən 51 svetofor obyekti quraşdırılmış, 20.752 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 2.570.083 pm cizgiləmə işi aparılmışdır.

Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 13.891 avtomobil ilkin qeydiyyata alınmış, 59.293 ilkin sürücülük vəsiqəsi verilmiş, respublikanın avtomobil parkının sayı 1.359.919 təşkil etmişdir.

Ötən il ərzində respublika ərazisində 1833 YNH-i qeydə alınmış, nəticədə 750 nəfər həlak olmuş, 1719 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə YNH-nin sayı 173 fakt  (8,6 %), həlak olanların sayı 9 nəfər (1,2 %), yaralananların sayı isə 284 nəfər (14,2 %) azalmışdır.

Bakı şəhəri ərazisində 646 YNH-i qeydə alınmış, bunların nəticəsində 207 nəfər həlak olmuş, 552 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə YNH-nin sayı 38 fakt  (5,6 %), yaralananların sayı 139 nəfər (20,1%) azalmış, həlak olanların sayı isə 15 nəfər (7,8%) artmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 185 YNH-i qeydə alınmış, nəticədə 223 nəfər həlak olmuş, 71 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə YNH-nin sayı 40 fakt  (17,8 %), həlak olanların sayı 28 nəfər (11,2 %), yaralananların sayı isə 18 nəfər (20,2 %) azalmışdır.  

Respublika üzrə qeydə alınmış YNH-nin 27,7 %-i (508) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 36,5 %-i (669) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 11,8 %-i (216)  yolayrıclarını keçmə qaydalarının pozulması, 1,4 %-i (25) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 51,2 %-ni (938) piyadaların vurulması təşkil etmiş, nəticədə 359 piyada həlak olmuş, 643-ü yaralanmışdır. 100 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 62 nəfər uşaq və yeniyetmə həlak olmuş, 196 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 750 nəfərdən 570-ni kişilər, 180-ni qadınlar, xəsarət almış 1719 nəfərdən isə 1227-ni kişilər, 492-ni qadınlar təşkil etmişlər.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 1 ədəd avtomat və 2 ədəd sandıqca, 1 ədəd tapança və 64 ədəd patron aşkar edilmiş, eləcə də axtarışda olan 27 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilmişdir.

Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1458 fakt və 272 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.                 

2017-ci ildə polisin digər xidmətləri ilə birgə 54 fakt üzrə: 40 kiloqramdan çox (o cümlədən 976,9 kq-dan artıq heroin, 12,109 kq tiryək,  27,506 kq marixuana, 84 ədəd çətənə kolu) narkotik maddə aşkar olunmuşdur.

İl ərzində baş idarəyə 246 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 227-i tapılmışdır.

DİN Baş DYP İdarəsi azərbaycan respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.



xəbərlərin arxivi