Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

07 iyul 2018-ci il

Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üzrə baxış müddətinin may ayının 1-dən avgust ayının 1-dək müəyyən edilmişdir. Iyul ayının son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Bаş DYP İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş teхniki müаyinə mərkəzi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrini texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.

Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.

 


xəbərlərin arxivi