Məlumatlar 12 noyabr 2018-ci il

Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar DİN Baş DYP İdarəsinin müraciəti

30 oktyabr 2018-ci il

Bakı şəhərində nəqliyyatın sayının durmadan artmasını və hər il sentyabrın 15-dən sonra paytaxt yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi səbəbindən yarana biləcək ləngimələrin, sıxlıqların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarına əsasən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinə girişi ilə bağlı tətbiq edilmiş məhduduyyət (hər il mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dək) bu gün də davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib.

Qeyd olunanlar nəzərə alınaraq, Baş DYP İdarəsi maksimum kütləsi 5 tondan artıq olan yük avtomobilləri sürücülərnin diqqətinə çatdırır ki, yol hərəkəti təhlükəsizliyinə mütəmadi nəzarət olunması, eləcə də polis-sürücü təmasının minimuma endirilməsi məqsədilə 15 noyabr 2018-ci il tarixdən yük avtomobillərinin Bakı şəhərinə daxil olmaları üçün tətbiq edilmiş məhdudiyyət rejiminə əməl edilməməsi və yük avtomobillərinin girişini gadağan edən yol nişanlarının tələblərinin pozulması (Xüsusi təyinatlı, habelə strateji və dövlət obyektlərinin tikintisi ilə məşğul olan təşkilatlara məxsus, Nazirlər Kabinetinin tapşırığı əsasında xüsusi buraxılış verilmiş yük avtomobilləri istisna olmaqla) xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində aşkar edilərək elektron qaydada sənədləşdiriləcək.

Hörmətli sürücülər və yük avtiomobillərinin sahibləri,

Xahiş edirik yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan vaxt məhdudiyyətinə ciddi riayət edəsiniz.
xəbərlərin arxivi