Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar

05 oktyabr 2018-ci il

      “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il  tarixli 1 nömrəli Protokolunda dəyişiklik edilməsi barədə həmin Komissiyanın 09 mart 2016-cı il tarixli 1 nömrəli qərarına əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılmışdır.

       Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmələri üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər
 

xəbərlərin arxivi




Çap et  Çap et