Məlumatlar 19 03 2024Y il

Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə tövsiyə

"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası
Nazirlər Kabineti

Qərar № 135
Bakı şəhəri, 16 avqust 2011-ci il

"Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 66 IVQD nömrəli Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011 ci il 3 mart tarixli 393 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na aşağıdakı məzmunda 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilsin:
"2.2-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.
2.2-2. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Artur Rəsi-zadə
Azərbaycan Respublikasının Baş naziri


 

generated 0.040148973464966 seconds