Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Avtomobil Yolları haqqında

Avtomobil yolları haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurguların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir.

FƏSİL I

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşagıdakı mənaları ifadə edir:

Maddə 2. Avtomobil yollarının təyinatı
Avtomobil yolları Azərbaycan Respublikasının ərazisində avtomobillərlə daxili və ya tranzit yük və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün hüquqi və fiziki şəxslərin, dövlət hakimiyyəti orqanlarının zəruri təlabatının ödənilməsinə, habelə dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
Avtomobil yolları ölkənin digər nəqliyyat-yol infrastrukturu ilə daşınmaların ardıcıl və təhlükəsiz paylanmasına və ötürülməsinə maksimum təminat yaradır.
Avtomobil yolları mövcud normativ hüquqi aktların tələbləri həddində piyadaların, əlillərin və müvafiq mexaniki nəqliyyat vasitələrinin tələblərinin ödənilməsi məqsədi ilə də istifadə edilə bilər.

Maddə 3. Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, yol hərəkəti və fəaliyyətinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrdən ibarətdir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdıgı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
FƏSİL II
Avtomobil yollarının təsnifatı

Maddə 4. Avtomobil yollarının təsnifatlandırılmasının əsasları

Avtomobil yolları bir qayda olaraq əhəmiyyətinə, yol şəbəkəsində tutdugu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə təsnif edilir.
İstifadəçilərinə görə avtomobil yolları ümumi istifadədə olan və xüsusi istifadədə olan yollara bölünür.
Mülkiyyətçilərinə görə avtomobil yolları dövlət, bələdiyyə və özəl yollar kimi təsnif edilir.
Əhəmiyyətinə və yol şəbəkəsində tutdugu yerə görə avtomobil yolları respublika, yerli və sahə yollarına bölünür.
Bunlarla yanaşı, avtomobil yollarının həndəsi parametrlərini, istehlak və texniki-konstruktiv xüsusiyyətlərini əks etdirən texniki təsnifatı tərtib edilir.
Bu təsnifatlarda funksional təyinatlarına və istifadə imkanlarına görə yolun hərəkət şiddətinə uygun olaraq beş dərəcəyə bölünməsi, onların əsas, köməkçi, müvəqqəti, ikinci dərəcəli, yanaşma, bir və iki tərəfli, bir, iki və çox zolaqlı, eyni və müxtəlif səviyyəli, habelə tənzimlənən və tənzimlənməyən olması da nəzərə alınır.
Avtomobil yollarının təsnifatlaşdırılması müəyyən olunmuş qaydada işlənib hazırlanan və təsdiq edilən standartların və digər normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.
Avtomobil yollarından istifadə qaydaları onların mülkiyyətçiləri tərəfindən, müvafiq qanunvericilik aktları çərçivəsində müəyyənləşdirilir.

Maddə 5. Ümumi istifadədə olan avtomobil yolları
Ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin təlabatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir.
Ümumi istifadədə olan avtomobil yollarının tərkibinə həmçinin beynəlxalq və müdafiə təyinatlı yollar da daxildir.
Əsas etibarı ilə müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan müdafiə təyinatlı yollara aid edilən respublika, yerli və sahə yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tərtib və təsdiq edilir.
Əsasən respublika əhəmiyyətli yollardan ibarət olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyənləşdirilir.
Ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tərtib və təsdiq edilir.
Özəl, bələdiyyə və sahə yolları onların mülkiyyətçilərinin qərarı ilə o halda ümumi istifadə üçün açıq ola bilər ki, buna müvafiq icra hakimiyyəti orqanlarının müəyyən edilmiş qaydada müsbət rəyi alınmış olsun.

Maddə 6. Dövlət avtomobil yolları
Respublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, habelə sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir.
Dövlət avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tərtib və təsdiq edilir.

Maddə 7. Bələdiyyə avtomobil yolları
Bələdiyyə avtomobil yollarına şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurguları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir.
Zəruri hallarda bələdiyyə yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən ümumi istifadə üçün açıla bilər.
Bələdiyyə yollarından istifadə qaydalarını bələdiyyələr bu Qanunun tələblərinə uygun olaraq müəyyənləşdirirlər.
Bələdiyyə avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 8. Özəl avtomobil yolları
Özəl avtomobil yollarına hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları aiddir.
Özəl yollardan istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu Qanunun tələblərinə uygun olaraq müəyyən edirlər.
Özəl avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 9. Respublika əhəmiyyətli avtomobil yolları
Respublika əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin tərkib hissəsi olmaqla ölkə ərazisində avtomobillərlə zəruri yük və sərnişin daşınmalarına xidmət edir.
Respublika əhəmiyyətli avtomobil yolları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən avtomobillərin Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrə çıxışını təmin etməklə Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmir yol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirir.
Respublika əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 10. Yerli əhəmiyyətli avtomobil yolları
Yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla rayonlararası və konkret şəhər və rayonla onun inzibati-ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir.
Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 11. Sahə avtomobil yolları
Sahə avtomobil yollarına təsərrüfatdaxili və texnoloji daşımaları, habelə digər ehtiyacları ödəmək üçün müvafiq qaydada müəssisə və təşkilatların mülkiyyətində, təsərrüfat və ya əməli idarəçiliyində olan, həmçinin bu məqsədlə onların öz vəsaitləri hesabına yaradılan avtomobil yolları aiddir.
Sahə yollarından istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri bu Qanunun tələblərinə uygun olaraq müəyyən edirlər. Sahə yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir.

Maddə 12. Yolkənarı infrastruktur obyektləri
Yolkənarı infrastruktur obyektləri avtomobil yol istehlakçılarının zəruri ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının saxlanılması və təhlükəsiz istismarı qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir.
Yolkənarı infrastruktur obyektlərinin yaradılması, saxlanılması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər bu Qanunla və digər aidiyyəti olan normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 13. Avtomobil yollarının torpaq sahəsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır.
Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir.
Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir.
Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uygun olaraq müəyyənləşdirilir.

Maddə 14. Avtomobil yollarının təhkim zolagı
Avtomobil yollarının təhkim zolagı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, təmiri, onun istifadəsi, saxlanılması üçün zəruri olan yolkənarı infrastruktur obyektlərinin, digər mühəndisi, sosial və texniki qurguların, tikililərin, həmçinin dekorativ və qoruyucu yaşıllıqların yerləşdiyi ərazini əhatə edir.
Təhkim zolagının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri və konkret şərait nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir.
Avtomobil yollarının təhkim zolagından istifadə edilməsi müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Müstəsna hallarda ümumi istifadədə olan avtomobil yollarının təhkim zolagında digər mühəndisi qurguların layihələndirilməsi və tikilməsi üçün torpaq sahəsi yolun perspektiv inkişafı, təmiri və tikintisi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərə alınmaqla yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə ayrılır.
Təhkim zolagı hüdudunda olan obyektlərin yerləşdiyi torpaq sahələri bu zonalardan istifadə rejiminin müəyyən etdiyi hallar istisna olmaqla, onların mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada geri alına (satın alına) bilər.
Təhkim zolagının yeni ölçüləri və torpaq ayrılması haqqında qərar qəbul edildiyi gündən bir ay müddətində bu zonada olan əmlak mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və icarəçilərinə yazılı məlumat verilir, onlar bu torpagın xüsusi istifadə rejimi və gələcəkdə onun avtomobil yollarının ehtiyacı üçün satın alına bilməsi haqqında xəbərdar edilirlər.
Təhkim zolagı hüdudunda torpaq sahələrinin başqa hüquqi və ya fiziki şəxslərin ehtiyacları üçün ayrıldıgı və orada yerləşən obyektlərin alqı- satqısı zamanı, onun yeni sahibkarları torpaqdan istifadə rejimi şərtləri ilə tanış edilməlidirlər.
Təhkim zolagından savayı yol ehtiyacları məqsədi ilə daimi və ya müvəqqəti istifadə üçün digər torpaq sahələri də ayrıla bilər. Belə torpaqların ayrılma qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Maddə 15. Təhkim zolagında kommunikasiyaların çəkilməsi və yenidən qurulması şərtləri
Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi və bu məqsədlə təhkim zolagından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uygun olaraq müəyyənləşdirilir.
Avtomobil yollarının təhkim zolagında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə bir qayda olaraq yol verilmir.
Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə qüvvədə olan normativ texniki şərtlər və layihə- smeta sənədləri əsasında həyata keçirilə bilər.
Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə baglamalıdırlar.
Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər bu işlərlə baglı bütün xərcləri ödəməlidirlər.

Maddə 16. Yol qurguları üzərindən kommunikasiyaların çəkilməsi şərtləri
Müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə tunellərin, körpülərin, estakadaların və digər yol qurgularının üzərindən müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında normalarla qadagan olunmayan müvafiq mühəndisi kommunikasiyalar çəkilə bilər.
Yeni kommunikasiyaların və bu məqsədlər üçün lazımi qurguların tikintisinə, habelə aparıcı (əsas) konstruksiyaların əlavə güclənməsinə sərf olunan bütün xərclər kommunikasiya mülkiyyətçilərinin üzərinə düşür.
Kommunikasiyaların çəkilməsinə icazəni yol qurgularının mülkiyyətçiləri verir.
Kommunikasiyalar çəkilərkən qurguların təhlükəsizliyi təmin olunmazsa yol təsərrüfatı orqanları körpülərdə və digər qurgularda kommunikasiyaların tikintisinə etiraz edə bilər.
Kommunikasiya mülkiyyətçiləri onların istismarını yol qurgularının zədələnməsini istisna edən normaya uygun olaraq təmin etməlidirlər.

Maddə 17. Digər avtomobil yolları ilə kəsişmələrin tənzimlənməsi
Hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər.
Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır.
Qovuşma və kəsişmənin tikintisi ilə baglı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir.
Avtomobil yollarının mülkiyyətçiləri onların razılıgı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər.
Müxtəlif mülkiyyətçilərində olan avtomobil yollarının kəsişmə və qovuşma yerlərində sərhədlər, həmin yolların təhkim zolaqları ilə birlikdə müəyyən edilir.

Maddə 18. Dəmir yolları ilə kəsişmələrin tənzimlənməsi
Avtomobil yollarının dəmir yolları ilə kəsişməsi müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uygun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Avtomobil yolları mülkiyyətçiləri dəmir yol mülkiyyətçilərindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dəmir yollarında eyni səviyyəli keçid qurgularının quraşdırılmasını tələb etməli, eyni zamanda yol qurgularının dəmir yolu hərəkətinə təhlükəli şərait yaratdıgı hallarda dəmir yol mülkiyyətçilərinin tələbi ilə müvafiq tədbirlər görməlidirlər.
Eyni səviyyəli dəmir yol keçidlərində dəmir yol mülkiyyətçiləri dəmir yol keçidlərindən istifadə qaydalarına uygun olaraq müəyyən edilən məsafədə avtomobil yol sahələrini lazımi vəziyyətdə saxlamalıdırlar.
Mövcud dəmir yol xətlərinin genişləndirilməsi və ya yenilərinin tikintisi ilə baglı avtomobil yolları və dəmir yollarının kəsişmə qurgusu üzrə işlər dəmir yol mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir. Belə kəsişmə qurguları mövcud avtomobil yollarının genişləndirilməsi və ya yenilərinin tikintisindən irəli gələrsə, bu halda kəsişmə qurgusu avtomobil yol mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir.
Dəmir yollarından keçən kəsişmələrdə onların mülkiyyətçiləri qatarların hərəkətinə rəhbərliyi təmin etməli və dəmir yolunun təhkim zolaqlarında işin görülməsinə razılıq verməli və texniki şərtlər qoymalıdır.
Eyni səviyyəli dəmir yollarından keçən avtomobil yol keçidlərinin baglanması və açılması haqqında qərarlar, dəmir və avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur.

Maddə 19. Avtomobil yolları yanında reklam və digər məlumat qurgularının yerləşdirilməsi şərtləri
Avtomobil yollarının təhkim zolagında reklam lövhələri, digər məlumat işarələri və göstəricilərinin yerləşdirilməsi avtomobil yolları mülkiyyətçilərinin müstəsna hüququdur və mövcud qanununvericilik aktları ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılıgı ilə ayrıca müqavilələr əsasında həyata keçirilir.
Avtomobil yollarının bilavasitə yaxınlıgında yerləşdirilən və yol hərəkəti təşkilinin texniki vasitələrinə aidiyyatı olmayan reklam lövhələri və qurgular, elanlar və digər məlumat işarələri və göstəricilər yol şəraitinin qiymətləndirilməsinə mane olmamalı və onu pisləşdirməməli, həmçinin yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməlidir.
Təhkim zolagında qurulacaq reklam lövhələri və digər məlumat işarələri və göstəriciləri müvafiq normativ hüquqi aktların tələbləri

FƏSİL III
YOL TƏSƏRRÜFATININ TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ

Maddə 20. Yol təsərrüfatı sisteminin təşkili
Azərbaycan Respublikasında avtomobil daşınmalarının ahəngdarlıgını, maksimum təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə yol fəaliyyətinin subyektləri arasında əlaqələrin koordinasiyası və yol fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq yol təsərrüfatı subyektləri və orqanları yaradılır, qanunvericiliklə müəyyən olunmuş qaydada onların fəaliyyətinin tənzimlənməsi təmin edilir.

Maddə 21. Yol təsərrüfatının idarə edilməsi
Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə bu fəaliyyətin tənzimlənməsinin və həyata keçirilməsinin vahid normativ hüquqi bazası yaradılır. Bu sahədə antiinhisar siyasəti aparılır, qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uygun olaraq xüsusi razılıq sistemi tətbiq edilir, yolların qeydiyyatı, uçotu və işarələnməsi təmin edilir.
Yol fəaliyyətinin idarə olunması əsas etibarı ilə onun yaradılması, inkişafı və saxlanılmasının planlaşdırılması, maliyyələşdirilməsi və həyata keçirilməsinin optimal və sərfəli variantlarının tapılmasını, həmçinin avtomobil yolları istifadəçiləri üçün münasib şəraitin təmin edilməsini nəzərdə tutur.
Bu Qanunla nəzərdə tutulan yol fəaliyyətini tam təmin etmək üçün yol təsərrüfatı sisteminin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə aşagıdakıların həyata keçirilməsi təmin edilir:

  • avtomobil yollarının təsnifatının, onların aid edilmə göstəricilərinin müəyyənləşdirilməsi və yolların siyahısının təsdiq edilməsi;
  • yol təsərrüfatı orqanları sisteminin və onların formalaşması qaydasının müəyyənləşdirilməsi, fəaliyyətinin təşkili;
  • yol təsərrüfatı orqanlarının fəaliyyətinin ümumi təşkilati prinsiplərinin müəyyənləşdirilməsi, yol fəaliyyətinə dövlət nəzarət sisteminin və onun tənzimlənməsinin formalaşdırılması;
  • respublika əhəmiyyətli avtomobil yollarının və onların saxlanılması üçün zəruri olan əmlakın, habelə yol fəaliyyəti həyata keçirilərkən istifadə olunan digər əmlakın idarə olunması;
  • yol hərəkətinin təhlükəsizliyini təmin edən hüquqi əsasların və avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uygunlugunu təmin edən vahid qaydaların, standart, texniki norma və digər normativ sənədlərin yaradılması;
  • avtomobil yollarında yük və sərnişinlərin sərbəst daşınmasını təmin etmək məqsədilə nəqliyyat kommunikasiyalarının əlaqələndirilməsi və avtomobil yollarından istifadənin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;
  • avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırılmasının və sertifikatlaşdırılmasının həyata keçirilməsi;
  • avtomobil yollarının təkmilləşdirilməsi, yaradılması və inkişafı ilə baglı dövlət siyasətinin, dövlət proqramlarının və digər proqramların işlənib hazırlanması və yerinə yetirilməsi;
  • yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənib hazırlanması;
  • Dövlət Yol Fondunun formalaşması, ondan təyinatı üzrə istifadəni təmin edən prinsiplərin işlənib hazırlanması;
  • beynəlxalq əməkdaşlıgın və əlaqələrin həyata keçirilməsi məqsədi ilə avtomobil yollarının inkişafı və istifadəsi məsələləri üzrə beynəlxalq müqavilələrin baglanması, beynəlxalq avtomobil yolları şəbəkəsinin formalaşması, Azərbaycan Respublikası yollarında beynəlxalq daşınmaların yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi.

Maddə 22. Yol işlərinin planlaşdırılması
Dövlət avtomobil yollarının yaradılması və saxlanılması tədbirləri ölkənin ümumi sosial-iqtisadi inkişaf proqnozlaşmasının tərkib hissəsidir.
Dövlət avtomobil yollarında yol işlərinin illik planlaşdırılma proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının, onun inzibati-ərazi vahidlərinin müvafiq ümumi inkişaf proqramları, təsdiq edilmiş sahə, sahələrarası və regional proqramlar əsasında və bu məqsədlər üçün ayrılan müvafiq vəsait nəzərə alınaraq həyata keçirilir.
Bələdiyyə yollarında yol işlərinin planlaşdırılması, yerli sosial və iqtisadi inkişaf proqramları və ya müvafiq tikintilərin layihələri və nəqliyyatın inkişafı sxemləri əsasında həyata keçirilir.
Yol işləri planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanları ilk növbədə maliyyə vəsaitlərinin səmərəli istifadəsini və mövcud yol şəbəkəsinin saxlanılması, təmiri və mühafizəsinin tam icrasını birinci növbədə təmin etməlidir.

Maddə 23. Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksasiyası
Ümumi istifadədə olan avtomobil yollarının adı və indeksi olmalıdır.
Ümumi istifadədə olan avtomobil yollarının adına onun birinci və axırıncı yaşayış məntəqələrinin adı, lazım gələrsə, aralıq yaşayış məntəqələrinin adı da daxil edilir.
Addan başqa, ümumi istifadədə olan avtomobil yollarının onların göstəricisi olan yerlərdə və xəritələrdə Azərbaycan əlifbasının hərfləri və rəqəmlərlə qeyd olunmuş indeksi də olur.
Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət avtomobil yollarının adı və indeksləri yol təsərrüfatı subyektlərinin təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir.
Sahə avtomobil yollarının adlandırılması və indeksasiyası müvafiq icra hakimiyyəti orqanı və müəssisələr tərəfindən birgə müəyyənləşdirilir. Bələ- diyyə yollarının adlandırılması və indeksasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
Mülkiyyətçi ona məxsus özəl yolların adlandırılmasını müəyyənləşdirmək hüququna malikdir.

Maddə 24. Avtomobil yollarında məsafələrin hesablanması
Avtomobil yollarında məsafə şərti olaraq qəbul edilmiş başlangıc və son hesablama nöqtələri arasında aparılır. Bu hesablama nöqtələri kimi aşagıdakılar qəbul olunur:
Bakı şəhərindən çıxan respublika əhəmiyyətli dövlət yolları üçün - Bakı şəhərində Azərbaycan Respublikası avtomobil yollarının sıfır kilometr işarəsi hesab edilən hökumət evi qarşısındakı Azadlıq meydanı;
yaşayış məntəqələrini birləşdirən yerli əhəmiyyətli yollar və bələdiyyə yolları üçün - yaşayış məntəqəsinin mərkəzində yerləşdirilən poçt, kütləvi tanınan digər binalar, qurgular və ya xüsusi qurulan işarələr;
ümumi istifadədə olan başqa avtomobil yollarını birləşdirən və ya onlara qoşulan yollar üçün - çarpaz yolların kəsişmə oxları;
tarixi-cografi və başqa xüsusi obyektləri birləşdirən yollar üçün - bu obyektlərin sərhədi.
Bələdiyyə mülkiyyətində olan daxili küçə və yollar avtomobil yollarının ümumi uzunluguna daxil edilmir.

Maddə 25. Avtomobil yollarının qeydiyyatı
Müvafiq sosial-iqtisadi inkişaf proqnoz və proqramları hazırlanarkən, yolların uzunlugu, yollarda hərəkətin şiddəti, yolların vəziyyəti, yolların inkişaf perspektivləri və yollardan istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə digər göstəricilər də mütləq nəzərə alınmalıdır.
Bu məqsədlə avtomobil yollarının qeydiyyatı təşkil edilir və o, aşagıdakıları nəzərdə tutur:
avtomobil yollarının rəsmi xəritəsinin tərtib edilməsi;
hər bir yolun adı, indeksi və uzunlugu göstərilməklə avtomobil yollarının siyahısının tərtib edilməsi;
hər bir avtomobil yolunun balans qiyməti, onun dəyişməsi və köhnəlməsi;
avtomobil yollarının texniki pasportlarının və yolların faktiki vəziyyəti, örtüyün növü və vəziyyəti, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutdugu torpaq sahəsi haqqında informasiyanın, avtomobil yollarının nişanlarının və istismarının planlaşdırılması üçün vacib olan digər göstəricilərin hazırlanması və saxlanılması.

Maddə 26. Yol xidmətinin təşkili
Avtomobil yolları əməyin, qidalanmanın və istirahətin normal şəraitini, imkan daxilində isə yol hərəkəti iştirakçılarının rabitə əlaqələrini təmin etmək üçün nəzərdə tutulan xidməti obyektlərlə təchiz edilir.
Yol təsərrüfatı orqanları bu məqsədlə həmçinin müvafiq istirahət meydanları və xüsusi dayanacaqlar da yarada bilərlər.
Yol xidməti obyektlərinin qurulması hərəkətin təhlükəsizliyini və yolun saxlanılma şərtlərini pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri pozmamalı, qüvvədə olan standartlara və digər texniki normalara müvafiq yerinə yetirilməlidir.
Yol servisi obyektlərinin layihələri onların yerləşdiyi yerlərin mülkiyyətçiləri, yol təsərrüfatı orqanları və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Ümumi istifadədə olan avtomobil yollarının mühafizə olunan pullu dayanacaqları, habelə bu maddədə göstərilən məqsədlər üçün avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə verilə bilər.
Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurgularının və yol servisinin digər qurgularının təmiri, qurulması və saxlanılması üçün xərclər həmin obyektlərin mülkiyyətçiləri tərəfindən çəkilir.
Yol servisi obyektlərinin qeydiyyatı yalnız bu maddədə göstərilmiş şərtlərə riayət edildiyi halda həyata keçirilə bilər.

Maddə 27. Yol işlərinin qəbulu
Avtomobil yollarında tikilmiş yol qurgularının və yerinə yetirilmiş yol işlərinin qəbulu onların mülkiyyətçiləri tərəfindən həyata keçirilir.
Tikintisi, təmiri və ya yenidən qurulması tamamlanmış avtomobil yollarının və yol qurgularının təsdiqlənmiş layihə sənədlərinin, mövcud standartların və digər normativ hüquqi aktların tələblərinə uygun olması bu yollarda aparılan müayinə və sınaqların nəticələri əsasında tərtib edilən avtomobil yollarının istismara qəbulu aktı ilə təsdiqlənir. Avtomobil yollarının və müvafiq yol qurgularının istismara qəbulu onların mülkiyyətçilərinin təqdimatı əsasında təyin edilmiş müvafiq qəbul komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həyata keçirilir.

FƏSİL IV
AVTOMOBİL YOLLARINDAN İSTİFADƏNİN ƏSASLARI

Maddə 28. Avtomobil yollarından istifadə qaydaları
Azərbaycan Respublikasında avtomobil yollarından istifadənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən vahid qaydaları tətbiq edilir. Avtomobil yollarının və onlarla baglı mühəndisi qurguların mülkiyyətçiləri bu qaydaların normalarını pisləşdirməyən əlavə tələblər də nəzərdə tuta bilərlər.
Avtomobil yollarından istifadədə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün subyektlər üçün eyni hüquqi rejim yaradılır.
Dövlət Yol Fondunun bütün ödəyiciləri üçün dövlət avtomobil yollarından istifadə pulsuzdur.
Təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin ləgv edilməsi zamanı avtomobil yollarından xüsusi istifadə qaydaları və müddətləri tətbiq edilir.

Maddə 28. Avtomobil yollarından istifadə qaydaları
Azərbaycan Respublikasında avtomobil yollarından istifadənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən vahid qaydaları tətbiq edilir. Avtomobil yollarının və onlarla baglı mühəndisi qurguların mülkiyyətçiləri bu qaydaların normalarını pisləşdirməyən əlavə tələblər də nəzərdə tuta bilərlər.
Avtomobil yollarından istifadədə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün subyektlər üçün eyni hüquqi rejim yaradılır.
Təbii fəlakətin və digər fövqəladə halların nəticələrinin ləgv edilməsi zamanı avtomobil yollarından xüsusi istifadə qaydaları və müddətləri tətbiq edilir.

Maddə 29. Avtomobil yollarından istifadənin tənzimlənməsi prinsipləri
Azərbaycan Respublikasında avtomobil yollarının nəqliyyat vasitələrinin yükünə, qabaritinə və sürətinə uygunlaşdırılması üçün avtomobil yollarının texniki dərəcəsindən asılı olaraq müvafiq dövlət standartları və normaları tətbiq edilir.
Azərbaycan Respublikasının avtomobil yollarında nəqliyyat vasitələrinin yükü, qabariti və hərəkətin sürət həddi nəqliyyat vasitəsinin tipi, daşınan yükün xüsusiyyətləri, yolda hərəkətin şiddəti, meteoroloji şərait, yolun texniki dərəcəsi və yol hərəkəti qaydaları nəzərə alınmaqla müəyyənləşdirilir.
Avtomobil yollarının mülkiyyətçiləri avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndisi qurguların möhkəmliyində qüsurlar aşkar etdikdə və zəruri yol işləri yerinə yetirdikdə müəyyən müddət üçün nəqliyyat vasitələrinin yüklərinə və hərəkət sürətinə məhdudiyyətlər və qadagalar qoyulması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq və ya onları bilavasitə tətbiq etmək hüququna malikdirlər.
Bu qəbildən olan məhdudiyyətlər tətbiq edilən vaxt yolların mülkiyyətçiləri aidiyyəti subyektləri qabaqcadan xəbərdar etməklə yollarda müvafiq yol nişanları və işarələri qoyurlar.
Qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmasına icazə verilmiş kütləvi tədbirlər zamanı da yoldan istifadəyə müvafiq məhdudiyyətlər qoyula bilər.
Yoldan istifadəyə məhdudiyyətlər və ya istifadənin tam dayandırılması haqqında qərarlar avtomobil yoluna aidiyyəti olan müvafiq icra hakimiyyəti orqanları və yolun mülkiyyətçiləri tərəfindən qəbul edilir.
Hərəkətin təhlükəsizliyi üçün yol şəraiti real təhlükə yaratdıgı hallarda müvafiq icra hakimiyyəti orqanı yol mülkiyyətçilərinə hərəkətin qadagan olunması barədə göstəriş vermək hüququna malikdir.
Yol təsərrüfatı orqanları fövqəladə şəraitlər istisna olmaqla hərəkətin məhdudlaşdırılması və ya dayandırılması, habelə onların müddəti və yeni hərəkət sxemi barədə avtomobil yollarından istifadə edənlərə qabaqcadan məlumat verməlidirlər.
Beynəlxalq avtomobil yollarında hərəkətin məhdudlaşdırılması və ya baglanması hallarında məlumat müvafiq xarici dövlətlərin nümayəndələrinə də çatdırırılmalıdır.
Yol təsərrüfatı orqanları onların tabeliyində olan avtomobil yollarında normal hərəkət rejiminin bərpası üçün təcili ölçü götürməyə borcludurlar.
Ümumi istifadədə olan avtomobil yollarında hərəkətin təhlükəsizliyini təmin etmək və yolların dagılmasının qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitələrinin müəyyən növləri və tipi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhdudiyyətlər tətbiq edilir.
Yükü və ya texniki göstəriciləri müəyyən olunmuş həddi aşmaqla yol konstruksiyalarını zədələyə və ya korlaya bilən nəqliyyat vasitələrinin buraxılışına icazə, avtomobil yollarının bərpası üçün müvafiq vəsait keçirildikdən sonra verilir.
Bu vəsaitin məbləgi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Yükü və qabariti müəyyən olunmuş normaları aşan nəqliyyat vasitələrinin hərəkət marşrutu yolun və yol qurgularının sahibləri ilə də razılaşdırılmalıdır. İri qabaritli, agır çəkili və ya təhlükəli yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara əsasən yolun mülkiyyətçisi ilə razılaşdırılmış marşrut üzrə daşına bilər.
Bu cür nəqliyyat vasitələrinin hərəkət marşrutu xüsusi qurgular, mühəndis kommunikasiyaları ilə kəsişmə tələb edərsə, marşrut həmin qurguların mülkiyyətçiləri ilə də razılaşdırılmalıdır.

Maddə 30. Velosipedlərin, arabaların, malqaranın ərəkətinin təşkili
Avtomagistralda texniki xarakterinə görə hərəkət sürəti 50 km/saatdan aşagı olan nəqliyyat vasitələrinin, o cümlədən velosipedlərin, arabaların, minik və yük heyvanlarının, habelə ev heyvanlarının hərəkətinə icazə verilmir.
Digər avtomobil yollarında bu subyektlərin hərəkəti yol hərəkəti qaydalarının tələblərinə və yoldan istifadə qaydalarına uygun olaraq təşkil olunur.
Avtomobil yolundan mal-qaranın ötürülməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yerdən keçirməklə icazə verilir.

Maddə 31. Nəqliyyat vasitələrinin bərə və üzən körpü ilə buraxılması
Avtomobil yollarında bərə və üzən körpülər dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid ola bilər. Bu qurguların mülkiyyətçiləri nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış qaydada və tariflə haqq alaraq buraxa bilərlər.

Maddə 32. Avtomobil yollarında kütləvi tədbirlərin keçirilməsi
Avtomobil yollarında nümayişlər və yürüşlər, yıgıncaqlar, mitinqlər, piketlər yalnız Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələblərinə uygun olaraq təşkil oluna bilər.
Avtomobil yollarında idman yarışları (qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı orqanlarının razılıgı ilə verilən icazə əsasında təşkil olunur və xüsusi qaydalara müvafiq aparılır.
Bu tədbirlərin keçirilməsi mümkün dolama yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin etməklə həll edilməlidir.
Əmək və sosial münaqişələrin həlli məqsədi ilə siyasi etirazlarını bildirmək üçün avtomobil yollarını baglamaq qadagandır.

Maddə 33. Avtomobil yollarında sahibkarlıq və digər fəaliyyət növlərinin həyata keçirilməsi
Avtomobil yollarında və ya təhkim zolagında sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalı və avtomobil yolları mülkiyyətçilərinin razılıgına uygun olaraq xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.
Ümumi istifadədə olan avtomobil yollarının torpaq yatagı hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadagandır. Bu məqsədlər üçün təhkim zolagında ayrılmış yolyanı sahədən istifadə qaydası isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşgul ola bilərlər.
Yolyanı zolaqda ticarət və digər sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq istəyən hüquqi və fiziki şəxslər, avtomobil yollarının mülkiyyətçiləri ilə baglanmış müqavilə əsasında, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirə bilər.

Maddə 34. Avtomobil yollarının istifadəçilərinin hüquqları
Dövlət avtomobil yolları istifadəçilərinin hüquqlarının müdafiəsinə təminat verir.
Avtomobil yolları istifadəçilərinin aşagıdakı hüquqları var:
qanunvericiliklə müəyyən olunmuş xüsusi hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və bələdiyyə avtomobil yolları ilə sərbəst və ödənişsiz hərəkət etmək, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və saglamlıgına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq;
yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa pulsuz təcili tibbi yardım almaq;
müəyyən olunmuş qaydada yol təsərrüfatı orqanlarından, habelə həmin orqanların vəzifəli şəxslərindən şikayət etmək;
yol təsərrüfatı orqanlarından avtomobil yollarının şəbəkəsi, marşrutları, yol şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti və ya dayandırılması, daşına biləcək yükün miqdarı, qabariti və digər müvafiq məsələlər barədə məlumat almaq;
yol təsərrüfatı orqanlarının məsul şəxslərindən nəzakətli münasibət tələb etmək;
Dövlət Yol Fonduna ödədikləri vergisindən formalaşmış vəsaitin sərf edilməsi barədə məlumat almaq.
Maddə 34. Avtomobil yollarının istifadəçilərinin hüquqları
Dövlət avtomobil yolları istifadəçilərinin hüquqlarının müdafiəsinə təminat verir.
Avtomobil yolları istifadəçilərinin aşagıdakı hüquqları var:
  • qanunvericiliklə müəyyən olunmuş xüsusi hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və bələdiyyə avtomobil yolları ilə sərbəst və ödənişsiz hərəkət etmək, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və saglamlıgına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq;
  • yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa pulsuz təcili tibbi yardım almaq;
  • müəyyən olunmuş qaydada yol təsərrüfatı orqanlarından, habelə həmin orqanların vəzifəli şəxslərindən şikayət etmək;
  • yol təsərrüfatı orqanlarından avtomobil yollarının şəbəkəsi, marşrutları, yol şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti və ya dayandırılması, daşına biləcək yükün miqdarı, qabariti və digər müvafiq məsələlər barədə məlumat almaq;
  • yol təsərrüfatı orqanlarının məsul şəxslərindən nəzakətli münasibət tələb etmək;

FƏSİL V
AVTOMOBİL YOLLARININ SAXLANILMASININ ƏSASLARI

Maddə 35. Ümumi istifadədə olan avtomobil yollarının saxlanılmasının prinsipləri
Avtomobil yollarının saxlanılması onların təyinatına görə istifadə edilməsi zamanı istifadəçilərin və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə təminat yaratmalıdır.
Ümumi istifadədə olan avtomobil yollarının saxlanılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən qaydada yollardan istifadənin və yol hərəkətinin təhlükəsizliyini təmin edən norma və standartlara istinadən təşkil edilməlidir.
Yolların saxlanılması bu işlər üçün müvafiq imkanları olan və bu işlər üçün məsuliyyət daşıyan yol təsərrüfatı orqanları və ya xidmətləri tərəfindən həyata keçirilməlidir.

Maddə 36. Bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması
Yerli özünüidarəetmə orqanları ümumi istifadədə olmayan bələdiyyə avtomobil yollarının saxlanılmasını müstəqil təşkil edir.
Ümumi istifadədə olmayan bələdiyyə, sahə və özəl avtomobil yollarının saxlanılması onların mülkiyyətçiləri tərəfindən müəyyənləşdirilən qaydada təşkil edilir və onlar yolları istifadəçilərin və yol hərəkətinin təhlükəsizliyini təmin edən standartların tələblərinə cavab verən vəziyyətdə saxlamalıdır.

Maddə 37. Avtomobil yollarının müayinəsi və diaqnostikası
Müvafiq yol təsərrüfatı orqanları avtomobil yollarının nəqliyyat-istismar vəziyyətini, onların etibarlılıq və təhlükəsizlik səviyyəsini əks etdirən standartların və digər normativ-texniki sənədlərin tələblərinə uygunlugunu müəyyənləşdirmək məqsədi ilə avtomobil yollarının müayinəsini və diaqnostikasını aparmaga borcludur. Müayinə aparılması qaydaları və onun dövrülüyü müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

Maddə 38. Avtomobil yollarının qorunması
Dövlət avtomobil yollarının qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Dövlət avtomobil yollarının qorunmasını həyata keçirən orqanlar yol əmlakının qorunmasını, onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.
Avtomobil yollarının qorunmasını yerinə yetirən orqanlar qarşılıqlı fəaliyyət göstərirlər.
Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlərin strukturunu, hüquq və vəzifələrini onları yaratmış müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.

Maddə 39. Ətraf mühitin qorunması
Yol fəaliyyəti həyata keçirilən zaman ətraf mühitin qorunması haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uygun olaraq ekologiyanın və əhalinin saglamlıgının mühafizəsi tələbləri də yerinə yetirilməlidir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə baglı bütün layihələr üzrə işlərin maliyyələşdirilməsi və yerinə yetirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi alındıqdan sonra həyata keçirilir.
Avtomobil yollarının yaradılmasında yeni texnologiyanın, kimyəvi maddələrin tətbiqi xüsusi ekspertizanın onların təbiətə təsiri barədə müsbət rəyindən sonra tətbiq edilir.
Avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidir.
Avtomobil yollarından istifadə edən hüquqi və fiziki şəxslər ətraf mühitə zərər vurmamalı, avtomobil yollarını və yolyanı zolagı çirkləndirməməlidir.

Maddə 40. Avtomobil yollarının səfərbərliyə hazırlıgı
Avtomobil yollarının səfərbərliyə hazırlıgı Azərbaycan Respublikasının qanunvericiliyinə uygun olaraq avtomobil yollarından fövqəladə şəraitlərdə istifadəsini təmin etmək məqsədi ilə həyata keçirilir.
Avtomobil yollarının səfərbərliyə hazırlıgına rəhbərliyi dövlət avtomobil yollarında - müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə yollarında isə müvafiq bələdiyyə orqanları həyata keçirirlər.
Yol təsərrüfatı orqanları avtomobil yollarında hərəkətin pozulmasına səbəb olan hadisələrin nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidir. Bu məqsədlə onlar müvafiq maddi və texniki vəsaitlərlə təmin edilirlər.

FƏSİL VI
YOL FƏALİYYƏTİNİN İQTİSADİ ƏSASLARI

Maddə 41. Yol təsərrüfatı subyektləri arasında iqtisadi münasibətlərin tənzimlənməsi
Aərbaycan Respublikasında yol təsərrüfatı subyektlərinin fəaliyyətinin vahid prinsipləri rəhbər tutulur, rəqabət və mülkiyyətin forma müxtəlifliyi təmin edilir.
Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət halları istisna olmaqla yol təsərrüfatı subyektləri arasında münasibətlər baglanmış müqavilə şərtləri çərçivəsində qurulur.
Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınagı üzrə layihə və podrat işlərinin icrası müsabiqə əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə baglanan podrat müqavilələri əsasında həyata keçirilir.
Yol işlərinin ayrı-ayrı növlərinin icrasında müqavilələrin şərtləri onların spesifik xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının, standart və normalarının tələblərinə əməl olunmasını da əhatə etməlidir.
Yol işlərinin icra keyfiyyətinə nəzarət yalnız bu işə səlahiyyətli olan yol təsərrüfatı orqanları, o cümlədən müqavilə əsasında bu məqsədlə cəlb olunan ixtisaslaşmış müəssisə və təşkilatlar tərəfindən həyata keçirilə bilər.

Maddə 42. Yol təsərrüfatının əmlakı
Yol təsərrüfatının əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətində, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Yol təsərrüfatı əmlakının idarə edilməsi qüvvədə olan normativ hüquqi aktlara uygun olaraq yolun mülkiyyətçiləri tərəfindən qəbul olunmuş qaydada həyata keçirilir.
Dövlət mülkiyyətindəki ümumi istifadədə olan avtomobil yollarının əmlakının tərkibinə avtomobil yolları, tikililər, qurgular və avadanlıqlar, həmçinin onların saxlanılması və idarə olunması üçün vacib olan torpaq sahələri daxildir.
Bələdiyyə yolları əmlakının tərkibi yol-küçə şəbəkəsinin xüsusiyyətləri və hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, müvafiq bələdiyyə orqanları tərəfindən müəyyən edilir.
Sahə və özəl avtomobil yolları əmlakının tərkibi onların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.
Ümumi istifadədə olan avtomobil yolları və yol qurguları, həmçinin onların tutdugu sahə, Azərbaycan Respublikası qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, alqı-satqı, girov və digər mülki-hüquqi müqavilələrin baglanması üçün obyekt ola bilməz.
Avtomobil yollarına mülkiyyət formalarının dəyişməsi zamanı yeni mülkiyyətçi əvvəlki mülkiyyətçidən avtomobil yollarını müəyyən edilmiş tələblərə cavab verən və yol hərəkətinin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsini tələb etmək hüququna malikdir.
Yeni tikilmiş avtomobil yollarına mülkiyyət hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən onların istismara qəbulundan sonra yaranır.
Avtomobil yollarının dövlət və ya bələdiyyə mülkiyyətinə keçməsi Azərbaycan Respublikası qanunlarının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 43. Yol təsərrüfatının daşınmaz əmlakının qeydiyyatı
Yol təsərrüfatının əmlakı və torpaq sahələri mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qeydiyyatda olmalıdır.
Yol təsərrüfatı əmlakının və torpaq sahəsinin icarəsi də qeydiyyata alınır.
Yeni tikilən və yenidən qurulan avtomobil yolları həmin obyektlərin müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında qeydiyyata alınmalıdır.
Dövlət avtomobil yollarının qeydiyyatına çəkilən xərclər Dövlət Yol Fondundan ayırmalarda nəzərdə tutulur.
Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatına, habelə bununla baglı əməliyyatlara çəkilən xərci avtomobil yollarının mülkiyyətçiləri ödəyir.
Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 44. Avtomobil yollarının yaradılması, saxlanması və inkişafı ilə baglı işlərin maliyyələşdirilməsi və uçotu
Azərbaycan Respublikasında yol şəbəkəsinin və yol təsərrüfatı orqanlarının fəaliyyəti ilə baglı işlərin maliyyələşdirilməsi bu məqsədlə hazırlanmış planların və investisiya proqramlarının əsasında mülkiyyətçilər tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında avtomobil yollarının yaradılması, saxlanılması və inkişafı aşagıdakı maliyyə mənbələri hesabına həyata keçirilir:
- dövlət büdcəsinin, o cümlədən Dövlət Yol Fondunun vəsaiti;
- yerli büdcələrin vəsaiti;
- investisiya layihələrinin müvafiq infrastruktur xərcləri üçün nəzərd tutulan vəsaiti;
- kreditlər;
- fiziki və hüquqi şəxslərin vəsaitləri, qrant və başqa formada ayırdıqları ianələr.
Konkret maliyyə mənbələrindən istifadə qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.
Ayrılmış və sərf edilən hər bir vəsaitin istifadəsinin ayrıca uçotu təşkil edilir və yol fəaliyyəti barəsində müvafiq hesabat tərtib edilir.
Uçot və hesabatın həyata keçirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
Maliyyələşmə mənbəyindən və mülkiyyətçisindən asılı olmayaraq bütün avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri müəyyən olunmuş qaydada tərtib edilən istismara qəbul aktları əsasında uçota alınır.

Maddə 45. Yol təsərrüfatında əmək münasibətləri
Yol təsərrüfatı orqanları işçilərinin əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir.

FƏSİL VII
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ, MƏSULİYYƏT VƏ
MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikası avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıgın inkişafına, bu sahədə olan problemlərin həlli və onların hüquqi cəhətdən tənzimlənməsi və beynəlxalq nəqliyyat kommunikasiya sisteminə inteqrasiya olunmasına səy göstərir.
Azərbaycan Respublikası ərazisində yol işlərini icra edən və ya avtomobil yollarından istifadə edən xarici ölkələrin huquqi və fiziki şəxsləri qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər, mövcud qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası ərazisinə gəlmiş avtonəqliyyat vasitələrinin mülkiyyətçiləri və onlardan istifadə edən xarici ölkə vətəndaşları öz məsuliyyət riskini sıgorta etməlidir.
Nəqliyyat vasitələrinin mülkiyyətçilərinin və onlardan istifadə edən xarici ölkə vətəndaşlarının məcburi sıgorta qaydaları və sıgorta məbləginin həcmi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində avtomobil yollarından istifadəyə görə xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilmiş qaydada vergi ödəyirlər.
Beynəlxalq avtomobil marşrutu üçün avtomobil yollarından istifadə Azərbaycan Respublikasının bagladıgı beynəlxalq müqavilə ilə tənzimlənir.
Xarici ölkələrin vətəndaşları və nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikası avtomobil yollarından istifadə edərkən Azərbaycan Respublikasının müəyyən etdiyi yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət etməlidirlər.

Maddə 46. Avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası avtomobil yolları sahəsində beynəlxalq əməkdaşlıgın inkişafına, bu sahədə olan problemlərin həlli və onların hüquqi cəhətdən tənzimlənməsi və beynəlxalq nəqliyyat kommunikasiya sisteminə inteqrasiya olunmasına səy göstərir.
Azərbaycan Respublikası ərazisində yol işlərini icra edən və ya avtomobil yollarından istifadə edən xarici ölkələrin huquqi və fiziki şəxsləri qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər, mövcud qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası ərazisinə gəlmiş avtonəqliyyat vasitələrinin mülkiyyətçiləri və onlardan istifadə edən xarici ölkə vətəndaşları öz məsuliyyət riskini sıgorta etməlidir.
Nəqliyyat vasitələrinin mülkiyyətçilərinin və onlardan istifadə edən xarici ölkə vətəndaşlarının məcburi sıgorta qaydaları və sıgorta məbləginin həcmi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.
Beynəlxalq avtomobil marşrutu üçün avtomobil yollarından istifadə Azərbaycan Respublikasının bagladıgı beynəlxalq müqavilə ilə tənzimlənir.
Xarici ölkələrin vətəndaşları və nəqliyyat vasitələrinin mülkiyyətçiləri Azərbaycan Respublikası avtomobil yollarından istifadə edərkən Azərbaycan Respublikasının müəyyən etdiyi yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət etməlidirlər.

Maddə 47. Bu Qanunun pozulmasına görə məsuliyyət
Avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən bu Qanunun, habelə Azərbaycan Respublikasının digər aidiyyəti normativ hüquqi aktlarının pozulmasından təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvkriciliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Yol fəaliyyətinin həyata keçirilməsi və ya avtomobil yollarından istifadə zamanı dəyən zərər könüllü, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə qərarı əsasında ödənilir.

Maddə 48. Yol təsərrüfatı orqanlarının, onların idarə, müəssisələrinin və vəzifəli şəxslərinin məsuliyyəti
Avtomobil yollarının idarə olunmasını həyata keçirən yol təsərrüfatı orqanları, habelə onların idarə, müəssisələri və vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.

Maddə 49. Sahə və özəl avtomobil yolları mülkiyyətçilərinin məsuliyyəti
Sahə və özəl avtomobil yollarının sahibləri bu yollardan istifadə edənlərin və dövlətin qarşısında öz vəzifələrinə və ya öhdəliklərinə görə, habelə avtomobil yolları haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Maddə 50. Avtomobil yolları istifadəçilərinin məsuliyyəti
Avtomobil yolları istifadəçiləri yol verdikləri aşagıdakı hüquq pozuntularına görə məsuliyyət daşıyırlar:

Maddə 51. Xarici dövlətlərinin avtonəqliyyat vasitələrinin mülkiyyətçilərinin və istifadəçilərinin məsuliyyəti
Avtomobil yollarında hərəkət qaydalarının pozulmasına yol vermiş xarici dövlətlərin nəqliyyat vasitələrinin mülkiyyətçiləri və istifadəçiləri Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 52. Dəyən zərərin ödənilməsi
Yol təsərrüfatı orqanlarının, habelə onların idarə və müəssisələrinin öz vəzifələrini yerinə yetirmədiklərindən və ya lazımınca yetirmədiklərindən yol şəraitinin qeyri-qənaətbəxş olduguna görə avtomobil yol istifadəçilərinin həyatına və saglamlıgına dəyən zərər həmin orqanların, idarə və müəssisələrinin vəsaiti hesabına ödənilir.

Yol konstruksiyalarının və qurgularının zədələnməsində və ya avtomobil yollarının gələcəkdə qismən və ya tam istifadədən çıxa bilməsi üçün şərait yaradılmasında təqsirkar olan avtomobil yolu istifadəçilərinin və ya yol təsərrüfatı müəssisələrinin fəaliyyəti nəticəsində dövlətə dəyən zərər onların vəsaiti hesabına ödənilir.
Ümumi istifadədə olan avtomobil yollarında dövlət mülkiyyətinə dəyən zərər pul vəsaiti formasında Dövlət Yol Fonduna, başqa mülkiyyət növləri üzrə isə müvafiq büdcələrə və şəxslərə ödənilir.
Yol konstruksiyalarının, tikililərinin və qurgularının zədələndiyi hallarda, maraqlı tərəflərin razılıgı ilə, zərəri ödəmənin pul forması yol təsərrüfatı orqanının nəzarəti altında avtomobil yolu istifadəçisinin zədələnmiş konstruksiya və qurgularının bərpa işləri ilə də əvəz oluna bilər.
Bərpa işləri yol təsərrüfatı orqanları tərəfindən o şərtlə həyata keçirilə bilər ki, zərər vurmuş istifadəçi tərəflərin razılıgı ilə işin icrası üçün kifayət edəcək pul vəsaitini, materialları, konstruksiyaları və digər əmlakı ona versin.
Avtomobil yolu torpaqlarından icazəsiz istifadə, bu torpaqlardan qeyri-qanuni istifadəyə sərf olunan vəsait ödənilmədən dayandırılır. Zərərin dəyməsində təqsirkar olan istifadəçilər və icarəçilər zərəri ödəməklə yanaşı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada başqa məsuliyyətə də cəlb oluna bilərlər.

Maddə 53. Mübahisələrin həlli qaydası
Yol fəaliyyətinin həyata keçirilməsi, avtomobil yollarından istifadə və avtomobil yollarının mühafizəsi məsələləri üzrə mübahisələr yol təsərrüfatı orqanları və ya müvafiq məhkəmə tərəfindən öz səlahiyyətlərinə uygun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.
Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq yol orqanları arasında avtomobil yolları ilə baglı məsələlər üzrə mübahisələr Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilə və sazişlərinə uygun olaraq həll edilir.

Maddə 54. Keçid müddəaları
Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktları bu Qanuna uygunlaşdırılana qədər onların bu Qanuna zidd olmayan normaları tətbiq edilə bilər.

Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyev

Bakı şəhəri, 22 dekabr 1999-cu il
N: 778-1Q





Çap et  Çap et
generated 0.016999006271362 seconds