Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Baş DYP İdarəsi respublika ərazisində piyada vurma hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirib.

26 iyul 2022-ci il

Piyadaların diqqətini çatdırırıq ki, küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın. Eyni zamanda, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, qəflətən avtomobil yoluna çıxmayın, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin və ən əsası azyaşlıları yollarda nəzarətsiz qoymayın.
xəbərlərin arxivi