Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanılıb

02 avqust 2022-ci il

“Toyota” markalı, 01-CX-419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rauf  Hüseynov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının XI Taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Hüseynovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Hüseynov 5 gün müddətində inzibati qaydada həbs edilib.
xəbərlərin arxivi