Məlumatlar 06 oktyabr 2022-ci il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində motosikletlə narkotik vasitə daşıyan iki qardaş saxlanılıb

“BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ”

13 sentyabr 2022-ci il

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi Youtube kanalı istifadəyə verilib.

“BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ” adlı kanalda Dövlət Yol Polisi xidmətinin gündəlik fəaliyyəti ilə bağlı xəbərlər, foto və video görüntülər, təhlillər, monitorinqlərin nəticələri, proqnozlar, ekspert və mütəxəssis rəyləri, yol qəzaları haqda eksklüziv məlumatlar, canlı bağlantılar, xüsusi fotobank təqdim edilir.

DİN-in Baş DYP İdarəsi tərəfindən istifadəyə verilən növbəti sosial şəbəkə seqmentinin yol hərəkəti iştirakçıları arasında aktiv təbliğat-təşviqat və maarifləndirmə işinin aparılmasına, bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün əhalinin birgə iştirakçılığa cəlb edilməsinə əhəmiyyətli töhfə verəcəyi nəzərdə tutulur.

Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair icra edilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq yaradılan kanala istifadəçilər tərəfindən aidiyyəti foto və ya video materiallar, təkliflər göndərilə bilər.

 
xəbərlərin arxivi