Məlumatlar 07 dekabr 2022-ci il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsi (Salyan “ASAN Xidmət” mərkəzi üzrə)

Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

17 noyabr 2022-ci il

Baş Dövlət Yol Polisi İdarəsi piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və profilaktikası sahəsində həyata keçirdiyi nəzarət tədbirlərini davam etdirir.

Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı yolu nəzərdə tutulmayan yerlərdən keçərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi barədə məlumat verilib.

Qeyd edək ki, piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmini, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə tədbirlər davam etdiriləcək.
xəbərlərin arxivi