Məlumatlar 25 yanvar 2023-cü il

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanması zamanı yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin nəzərə alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzlərində fasiləsiz xidmət davam etdirilir

28 dekabr 2022-ci il

Bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Bununla da  nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərən Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanıblar.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitələrinə texniki baxışa təqdim etmək üçün valideynləri, eləcə də qohumları ilə gələn azyaşlılara bayramla əlaqədar olaraq hədiyyələr də paylanılır. Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
xəbərlərin arxivi