Məlumatlar 27 sentyabr 2023-cü il

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub

12 aprel 2023-cü il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının  əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Fərman İsgəndərov idarə etdiyi  “KİA” markalı, 99-DP-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı F.İsgəndərovun narkotik maddə qəbul etməsi müəyyən olunduğundan barəsində inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsgəndərov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
xəbərlərin arxivi