Məlumatlar 27 sentyabr 2023-cü il

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb

Bakı şəhər kənar dairəvi yolda qeydə alınmış qəza ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

17 aprel 2023-cü il

Bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 99-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi