5 may 2014-cü il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
06 may 2014-cü il
5 may 2014-cü il tarixdə saat 20:40 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 19-cu km-də 1975-ci il təvəllüdlü Naxçıvan MR Babək rayon sakini Bayramov Elnur Məhərrəm oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90-XR-623 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olduğu zaman idarəetməni itirib və onu yolun sağ kənar hissəsindəki ağaca vurub. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Verdiyev Elxan İslam oğlu, 1991-ci il təvəllüdlü Kazımov Kazım İlham oğlu və 1990-cı il təvəllüdlü Qubadov Samir Firəddin oğlu xəsarət alaraq Suqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da K.Kazımov və S.Qubadov xəstəxanada ölublər. Faktla bağlı araşdırma aparılır.