17 may 2014-cü il tarixdə paytaxtın Sabunçu rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
17 may 2014-cü il
17 may 2014-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Zabrat-Maştağa yolunda 1991-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Xəyal Həsən oğlu idarə etdiyi “MG” markalı, 90-NH-443 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nuriyev Kamran Fərman oğlunun idarə etdiyi “BMW” markalı, 90-SN-901 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.Qəza nəticəsində “MG” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Bakı şıhər sakini Quliyev Mahmud Rəhim oğlu hadisə yerində ölüblər, “BMW” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Bakı şıhər sakinləri 1980-ci il təvəllüdlü Məmmədov Zaur Baləli oğlu, 1969-cu il təvəllüdlü Novruzov Əzizağa Ceyhun oğlu və 1990-cı il təvəllüdlü Nəbizadə Həmidağa Hacıağa oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.