14 fevral 2015-ci il tarixdə Şamaxı rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
14 fevral 2015-ci il
14 fevral 2015-ci il tarixdə saat 07:45 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 128-ci km-də sürücü 1985-ci il təvəllüdlü Qəbələ rayon sakini Əfəndiyev Murad İzzət oğlunun idarə etdiyi “Naz-Lifan” markalı, 36-BE-518 dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarına çıxaraq ağaca dəyib.Qəza nəticəsində sürücü M.Əfəndiyev və sərnişini 1989-cu il təvəllüdlü Qəbələ rayon sakini Əfəndiyeva Nərmin Tərlan qızı hadisə yerində ölüblər, digər sərnişin 2013-cü il təvəllüdlü Əfəndiyev İzzət Murad oğlu xəsarət alıb.