25 mart 2015-ci il tarixdə Mingəçevir şəhərində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
25 mart 2015-ci il
25 mart 2015-ci il tarixdə saat 10:00 radələrində sürücü Hüseynov Elgün Vəliyəddin oğlunun idarə etdiyi “Uzotoyol M50.12” markalı, 02-BN-084 dövlət qeydiyyat nişanlı avtobus Hacıyev İmaməli Əhməd oğlunun idarə etdiyi “QAZ-24” markalı, 10-BZ-245 dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşub. Toqquşmadan hərəkət istiqamətini dəyişərək qarşı hərəkət zolağına çıxdığını görən avtobusun sürücüsü öz zolağına qayıtmaq istəyərkən onu sol yan tərəfi üstə aşırıb və aşmış vəziyyətdə yolun hərəkət hissəsi ilə sürüşərək qarşıdan, şəhər mərkəzi istiqamətindən gələn sürücü Hacılı İbrahim Zərgər oğlunun idarə etdiyi “VAZ-21093” markalı, 66-BE-770 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol hissəsinə çırpılıb.Qəza nəticəsində avtobusda olan sərnişinlər Mingəçevir şəhər sakinləri 1944-cü il təvəllüdlü Qəmbərov Telman Savalan oğlu və Həsənov Asif Əli oğlu və 1993-cü il təvəllüdlü Abbasov Turan Ehtiram oğlu hadisə yerində ölüblər, 1965-ci il təvəllüdlü Muradova Məhbubə İsmət qızı və 2000-ci il təvəllüdlü Mustafayev Rüstəm Ruslan oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.