Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
30 aprel 2015-ci il
Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar 2 may 2015-ci il tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.