19-21 iyun 2015-ci tarixlərdə Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə
18 iyun 2015-ci il
Bakı 2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar pytaxtın Üzeyir Hacıbəyov, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Landau, Abbasqulu Ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, habelə Bül-bül, Neftçilər, İstiqlaliyyət, Parlament, İnşaatçılar və Hüseyn Cavid prospektlərində 19 iyun tarixində saat 13:00-dan 15:00-dək, 20 iyun tarixində saat 05:30-dan 21:00-dək, 21 iyun tarixində isə saat 03:30-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Yalnız 19 iyun tarixində velosiped yarışının marşrutu ilə kəsişən küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə icazə veriləcək.