8 Mart
08 mart 2019-cu il
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hal hazırda tədbirlər keçirilir. Xanım sürücülər ilə maarifləndirici söhbətlər aparılır və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunur. Bu cür tədbirləri alqışlayan xanım sürücülər yol polisinə göstərdiyi diqqətə görə təşəkkür edirlər və onlarda xoş təəssürat oyadır. Tədbirlər gün ərzində davam etdiriləcək.