Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinə müraciət edir

27 mart 2019-cu il

       Nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsini nəzərə alaraq    carı ilin martın 28-dən aprel ayının 28-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı keçiriləcəkdir.

       Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilərlər. 

      Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin  idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar


xəbərlərin arxivi