Məlumatlar 18 sentyabr 2019-cu il

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən növbəti maarifləndirici tədbir keçirilir

30 aprel 2019-cu il

Baş DYP İdarəsi Bakı Beynəlxalg Avtovağzal ilə birgə BDYPİ tərəfindən hazırlanmış “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm bukletləri sürücülərə eləcədə sərnişinlərə təqdim edib.
Həmin bukletlərdəki rəsm işlərinin əsas mahiyyəti hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı yol hərəkəti qaydalarına riayət olunması,  sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər müxtəlif tövsiyyələrdən ibarətdi.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları bir daha bütün hərəkət iştirakçılarını Yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat  hadisələrinin qarşısının vaxtında alınması məqsədilə xahiş edir ki, hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücü və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır.
Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Özümüzün və yaxınlarımızın həyatına dəyər verək – yol hərəkəti qaydalarına riayət edək !



xəbərlərin arxivi