2019-ju il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləjək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı BDYPI-nin müraciəti

28 may 2019-cu il

Ölkəmiz son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nətijəsində yüksək səviyyədə təşkil olunaraq keçirilmişdir.

Əvvəlki illərdə olduğu kimi, hesab edirik ki, 2019-ju il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu da yüksək səviyyədə keçiriləjəkdir.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi diqqətinizə çatdırır ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hajıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər  xariji qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılajaqdır.
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ijtimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.      

xəbərlərin arxivi