“YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm müsabiqəsinə yekun vurulması ilə bağlı müraciət
30 may 2019-cu il
Bildiyimiz kimi Azərbaycan Respublikası DİN-in Baş DYP İdarəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğində ictimai iştirakçılığı təmin edilməsi məqsədilə 05.04.2019-cu il tarixdə “YOL HƏRƏKƏTİ QAYDALARI UŞAQLARIN GÖZÜ İLƏ” mövzusunda rəsm müsabiqəsinə start verilmiş və bu barədə yayılmış elanda qaliblərin 30.05.2019-cu il tarixində müəyyən olunacağı bildirilmişdir.Məlumat üçün bildiririk ki, obyektiv səbəblərlə əlaqədar olaraq müsabiqəyə 01.06.2019-cu il tarixdə yekun vurulacaqdır.