Məlumatlar 18 sentyabr 2019-cu il

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən etibarən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinə start verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

27 iyun 2019-cu il

       Yay mövsümünün başlanması ilə əlaqədar olaraq respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, habelə bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişi artmışdır.

           Bu işlərin görülməsi zamanı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl etməli, sürücülərin magistral yollarda nəqliyyatı idarəetmə vərdişləri, texnikanın saz vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılmalıdır.

           Təəssüf ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların və s, habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir ki, bu da yollarda görünüş dairəsinin məhdudlaşdırılmasına və nəticədə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır.

          Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika daim saz vəziyyətdə saxlanılmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilmiş hərəkət marşrutlarından kənara çıxmamalı və sürət rejiminə əməl olunmalıdır.

           Kənd təsərüffatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.

           Daşımalar zamanı təhlükəsizlik qaydalarına əməl edən sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını yol qəzalarının acı nəticələrindən qorumuş olur.


xəbərlərin arxivi