Yol Polisi növbəti maarifləndirici tədbir keçirdir.

02 sentyabr 2019-cu il

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış rəsm bukletləri növbəti dəfə sürücülərə və piyadalara təqdim olunur. BDYPİ-in əməkdaşları DYP stasionar postlarda keçirilən tədbirdə iştirak etdilər.

Tədbirin əsas mahiyyəti hərəkət iştirakçılarının maarifləndirilməsi ilə yanaşı sürücüləri bukletlərdə həsr olunmuş uşaqlar tərəfindən çəkilmiş yol hərəkəti təhlükəsizliyinə aid rəsm işləri ilə tanış edib yol hərəkəti qaydalarını pozmamağa dəvət etməkdən ibarətdir.

Bu cür maarifləndirici tədbir yol hərəkəti iştirakçıları tərəfindən çox müsbət qarşılanır və uşaqlar tərəfindən çəkilmiş rəsm işlərinə böyük maraq göstərilir.  
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsiz yol diləyi ilə yol hərəkəti qaydalarına əməl etməyi xahiş edir.


xəbərlərin arxivi