12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
12 dekabr 2019-cu il
12 dekabr 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə sabah Bakı şəhərində səhər saat 08:00-dan tədbir tam başa çatanadək “Fəxri Xiyaban” istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaqdır.Sürücülərdən xahiş olunur ki, bu istiqamətdə avtomobillərindən mümkün qədər az istifadə etsinlər.