Məlumatlar 26 may 2020-ci il

Baş DYP İdarəsinin 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumatı

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baş DYP İdarəsinin məlumatı

31 mart 2020-ci il

Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

-  Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

-  Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

-  Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

19.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 31.03.2020-ci il 08:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.       

Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə bu günədək 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
xəbərlərin arxivi