Məlumatlar 26 may 2020-ci il

Baş DYP İdarəsinin 5 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumatı

Qaçırılmış nəqliyyat vasitəsinin saxlanılması barədə DİN Baş DYP İdarəsinin məlumatı

17 aprel 2020-ci il

“BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin 16.04.2020-ci il tarixdə Abşeron rayonu ərazisindən qaçırılması barədə daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il tarixdə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək Binəqədi rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin patrul avtomobilində xidmət aparan yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarə verilmişdir. Lakin sürücü verilən işarəyə tabe olmamış və köməyə gəlmiş Binəqədi rayon polis idarəsinin post-patrul xidmətinə məxsus Fiat Doblo markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirərək saat 04:00 radələrində Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai Sonata” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbə nəticəsində “Hyundai Sonata” markalı avtomobil həmin ərazidə “BMW” markalı patrul avtomobilinin yanında piyada xidmət aparan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin YPX inspektoru, polis serjantı Etibar Məmmədovu vuraraq bədən xəsarəti yetirmişdir. Operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil hadisə yerində saxlanılmış, onu qaçıraraq hadisə törətmiş 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ağabəyov Ramazan Sultan oğlu polis əməkdaşlarına müqavimət göstərərək soyuq silahdan istifadə etməklə onlara hücüm etməyə cəhd etmiş, lakin əməkdaşların çevikliyi nəticəsində dərhal zərərsizləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi