Məlumatlar 14 sentyabr 2020-ci il

DİN Baş DYP İdarəsinin yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciəti

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

09 may 2020-ci il

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 50174 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 
xəbərlərin arxivi