Məlumatlar 14 iyul 2020-ci il

13.07.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə

DİN Baş DYP İdarəsinin məlumatı

11 may 2020-ci il

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 09.05.2020-ci il saat 00:00-dan 11.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.05.2020-ci il saat 00:00-dan 11.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1263 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 51437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 
xəbərlərin arxivi