Məlumatlar 04 avqust 2020-ci il

03.08.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə

DİN Baş DYP İdarəsinin məlumatı

13 may 2020-ci il

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 12.05.2020-ci il saat 00:00-dan 13.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.05.2020-ci il saat 00:00-dan 13.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
xəbərlərin arxivi