Nəqliyyat vasitələri sürücülərinin nəzərinə

27 noyabr 2020-ci il

DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirməmiş və ya bu barədə SMS məlumat almış sürücülərin bir daha diqqətinə çatdırır ki, hüquqi və fiziki şəxslər nəqliyyyat vasitələrini texniki baxışdan keçirmək üçün həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərən paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Texniki Müayinə Mərkəzlərinə, habelə respublikanın digər şəhər və rayonlarında yerləşən Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.

Məlumat üçün xatırladırıq ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyətə cəlb olunurlar.


xəbərlərin arxivi