Məlumatlar 17 sentyabr 2021-ci il

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edir.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

10 avqust 2021-ci il

Ötən gün saat 19:30 radələrində Oğuz rayonu Qumlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Soltanov Seymur Məzahir oğlunun sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etdiyi “Toyota” markalı, 99-BY-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı avtomobildə sərxoş vəziyyətdə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Soltanov Elşən Səməd oğlu və 1984-cü il təvəllüdlü Çələbiyev Əhməd Vəliyəddin oğlu xəstəxanaya yerləşdiriliblər. Lakin, Ə.Çələbiyevin həyatını xilas etmək mümkün olmayıb.
 Faktla bağlı Oğuz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

xəbərlərin arxivi