Məlumatlar 17 sentyabr 2021-ci il

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edir.

Quba rayonunda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 avqust 2021-ci il

Bu gün saat 07:00 radələrində Quba şəhər sakini 24.08.1994-cü il təvəllüdlü  Süleymanov Nəriman Bahadır oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 10-TS-922 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonu Zərdabi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Quba şəhər sakini 08.03.1990-cı il təvəllüdlü Əkbərov Məmmədhəsən Məmmədəli oğlu, Gəncə şəhər sakinləri 24.07.1996-cı il təvəllüdlü Qasımova Şəfa Bəhlul qızı, 20.07.1981-ci il təvəllüdlü Cəfərova Kəmalə Nazim qızı və Şəmkir şəhər sakini 21.12.1979-cu il təvəllüdlü Həsənova Larisa Ramiz qızı vəfat etmişlər.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi