Məlumatlar 14 oktyabr 2021-ci il

Paytaxtın Suraxanı rayonu ərazisində 5 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Həftə sonu baş vermiş yol qəzalarına dair məlumat

11 oktyabr 2021-ci il

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Ölümlə nəticələnən qəzaların 3-ü piyada vurma hadisələri olub ki, 2 azyaşlı piyada həyatını itirib və 1 toqquşma hadisəsində 3 azyaşlı sərnişin xəsarət alıb. 

09.10.2021-ci il tarixdə saat 19:05 radələrində Ağdaş rayonu Nemətabad kəndi ərazisində 1994-cü il təvəllüdlü Allahverdiyev Akşin İlqar oğlu idarə etdiyi “VAZ 2106” markalı, 85-BL-419 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada  2012-ci il təvəllüdlü Əbilov Yusif Mehman oğlunu vurub və azyaşlı vəfat edib. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən A.Allahverdiyev hadisə yerindən uzaqlaşsa da, saxlanılaraq istintaqa təhvil verilib.

 Həmin tarixdə saat 21:30 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində 1987-ci il təvəllüdlü Abbasov Pərviz Rəfi oğlunun etibarnamə olmadan idarə etdiyi  “NAZ LİFAN” markalı, 26-BC-131 dövlət qeydiyyat nişanlı avtomobillə, 1999-cu il təvəllüdlü Nuruzadə İlkin Ələsgər oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı, 90-ST-280 dövlət qeyddiyyat nişanlı və 1971-ci il təvəllüdlü Hüseynov Arif Əjdər oğlunun idarə etdiyi eyni markalı, 10-RX-059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşub. Nəticədə “NAZ LİFAN” markalı avtomobilin sürücüsü P.Abbasov ölüb, avtomobildə olan sərnişinlər - həyat yoldaşı 1993-cü il təvəllüdlü Allahverdiyeva Məhəbbət Elçin qızı, qızları 2013-cü il təvəllüdlü Kəmalə, 2015-ci il təvəllüdlü Sevda və oğlu 2019-cu il təvəllüdlü Abbas, eləcə də digər nəqliyyat vasitəsində sərnişin 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu xəsarət alıblar.

 10.10.2021-ci il tarixdə saat 14:00 radələrində Tərtər rayonu Hüləbətli kəndi ərazisində 1966-cı il təvəllüdlü Abbasov Rasim Məhəmməd oğlu idarə etdiyi “VAZ 21063” markalı, 32-BE-324 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 2015-ci il təvəllüdlü Məmmədova Günəş Allahverdi qızını vurub və azyaşlı dünyasını dəyişib.

 Bir daha hərəkət iştirakçılarından yollarda diqqətli və məsuliyyətli olmağı, xüsusən də azyaşlıları nəzarətsiz qoymamağı xahiş edirik.


xəbərlərin arxivi