Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Quba rayonunda 4 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

18 oktyabr 2021-ci il

16 oktyabr saat 22:00 radələrində Quba rayon sakini 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı,  90-ZV-745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - atası 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlu, əmisi 1977-ci il təvəllüdlü Allahverdiyev Ağabala Atabala oğlu və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlu həyatlarını itirmiş, 1964-cü il təvəllüdlü Şərifov Nüsrət Həsrət oğlu isə xəsarət almışdır.

Faktla bağlı araşdırma aparılır.


xəbərlərin arxivi