Həftə sonu ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə

25 oktyabr 2021-ci il

Respublika ərazisində ötən həftənin şənbə və bazar günləri 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 8 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəzaların 6-sı piyada vurma, 2-si aşma hadisəsidir.

23.10.2021-ci il saat 11:05 radələrində Şirvan şəhəri H.Əliyev prospektində sürücü Abdullayev Anar Abdulla oğlu “Ford” markalı, 99-UJ-372 dövlət qeydiyyat nişanlı avtomobillə 1949-cu il təvəllüdlü piyada Həsənov Muradəli Misirxan oğlunu, saat 19:00 radələrində Gəncə şəhəri S.Rəhimov küçəsində sürücü Abbasov Ramin Kərəm oğlu “Mercedes-Benz” markalı, 20-EX-510 dövlət qeydiyyat nişanlı avtomobillə 1954-cü il təvəllüdlü piyada Bayramov İbrahim Bəşir oğlunu, saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən 48-ci km-də sürücü Əzimov Simran Eynulla oğlu “VAZ 2121” markalı, 31-BC-222 dövlət qeydiyyat nişanlı avtomobillə 1982-ci il təvəllüdlü Salehov Vadim Eyvaz oğlunu, 24.10.2021-ci il saat 06:00 radələrində Tovuz rayonu ərazisində sürücü Məhərrəmov Beyrək İlqar oğlu “VAZ 21015” markalı, 20-DH-905 dövlət qeydiyyat nişanlı avtomobillə 1968-ci il təvəllüdlü piyada Cəfərova Fazilə Həşim qızını, saat 18:17 radələrində Binəqədi rayonu S.Axundov küçəsində sürücü Abasov Lətif Şirin oğlu “Hyundai” markalı, 99-SK-514 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü piyada Cəfərov Səlim Həmzə oğlunu, 19:30 radələrində Tərtər rayonu Ağkənd kəndi ərazisində sürücü Məmmədov Emin Ebil oğlu “VAZ 2107” markalı, 99-MG-947 dövlət qeydiyyat nişanlı avtomobillə piyada Paşayeva Yetər Məhəmməd qızını vurub və adları çəkilən piyadalar ölüblər.

23.10.2021-ci il saat 19:00 radələrində Salyan rayonu Marşılı kəndində sürücü Səmədov Qismət Azər oğlu idarəetməni itirərək “Opel” markalı, 90-CL-528 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb və sərnişini 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu ölüb, eləcə də 24.10.2021-ci il saat 13:30 radələrində Ağsu rayonu Padarqışlaq kəndində sürücü Ağayev Şahbaz Mirşəmi oğlunun idarə etdiyi “Shacman” markalı, 90-UJ-868 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət zolağından çıxaraq aşıb və sonuncu dünyasını dəyişib.


xəbərlərin arxivi