Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü aşkarlanıb

21 dekabr 2021-ci il

"Khazar LX" markalı, 99 PV 146 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1961-ci il təvəllüdlü Quliyev İlham Bəyiş oğlu qayda pozuntusuna yol verdiyi üçün 16 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Onun hərəkətləri şübhə yaratdığından narkoloji testdən keçirilib və özü də cibindən narkotik vasitəni çıxararaq istifadə etdiyini etiraf edib. Məlum olub ki, o, bu vəziyyətdə taksi kimi fəaliyyət göstərir.  

DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə vətəndaş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.
xəbərlərin arxivi