Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs narkotik vasitə də qəbul edib.

08 yanvar 2022-ci il

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Cari ilin 7 yanvar tarixində Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar etmiş, sürücüyə “saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmamış, lakin sonradan nəqliyyat vasitəsini dayandırmışdır.

Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilmiş və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilmişdir. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışmış, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Bununla yanaşı, tibbi müayinə zamanı İlqar Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur.

Toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilmiş və müvafiq qərara əsasən İlqar Əliyev bir ay müddətində inzibati həbs olunmuşdur.


xəbərlərin arxivi