Məlumatlar 08 avqust 2022-ci il

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobillərinin sürücüləri saxlanıldı

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

10 fevral 2022-ci il

Ötən gün saat 12:45 radələrində Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6-cı km-də sürücü 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviç “Volvo FH12” markalı, H454XO05 qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Yalama istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun əks hərəkət zolağına çıxıb. Bu zaman qarşıdan Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ 21061” markalı, 17-BD-506 dövlət qeydiyyat nişanlı, sonra 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” markalı, 27-BK-291 dövlət qeydiyyat nişanlı və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ 211440” markalı, H954OH05 qeydiyyat nişanlı avtomobillərlə toqquşub və “Volvo FH12” markalı yük avtomobili Yalama istiqamətində yolun sol kənarına çıxaraq aşıb.

Qəza nəticəsində “VAZ 211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ 21061” markalı nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölmüş, qeyd olunan hər iki nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət almışlar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


xəbərlərin arxivi