Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
14 fevral 2022-ci il
Ötən gün təxminən saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 129-cu km-də Şəki şəhər sakini 1994-cü il təvəllüdlü Məmmədov Elmar Elbəniz oğlu “Renault Megane” markalı, 99-NL-192 dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun soluna çıxaraq çökəkliyə aşıb.Qəza nəticəsində sürücü E.Məmmədov və sərnişinləri – oğlu 2018-ci il təvəllüdlü Eldar Məmmədov və baldızı 2003-cü il təvəllüdlü İsmayılova Xədicə Ağaəli qızı ölüb, həyat yoldaşı 1991-ci il təvəllüdlü Məmmədova Günel Ağaəli qızı və qardaşı 1999-cu il təvəllüdlü Məmmədov Elmin Elbəniz oğlu xəsarət alıblar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.