Məlumatlar 25 yanvar 2023-cü il

Audiovizual və kütləvi nümayiş etdirilən əsərlərin, informasiyaların hazırlanması zamanı yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin nəzərə alınması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Narkotik vasitənin təsiri altında sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs saxlanılıb

12 mart 2022-ci il

"VAZ 21214” markalı, 99-LR-741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Əmirov təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi üçün Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən 29-cu kilometrliyində DİN BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 10-cu taqımının  əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı B.Əmirovun narkotik maddə qəbul etməsi müəyyən edilib.

DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə B.Əmirov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 gün müddətinə inzibati qaydada həbs olunub.
xəbərlərin arxivi